AZ

Polimer Materialları İnstitutunda Zəfər Günü qeyd olunub

Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunda Elmi şuranın Zəfər Gününə həsr olunan iclası keçirilib.

Bu barədə TƏHSİL.BİZ -ə institutdan məlumat verilib.

İclasda institutun baş direktoru professor Bəxtiyar Məmmədov Vətən müharibəsində qazanılan qələbə ilə Azərbaycanın təkcə ərazi bütövlüyünün deyil, həm də xalqın milli qürurunun və mənliyinin bərpa olunduğunu vurğulayıb. İnstitutun rəhbəri bu qələbənin Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik siyasəti, hərbi bacarığı və rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində qazanıldığını vurğulayıb. Qeyd edib ki, regionda liderə çevrilən və böyük quruculuq işlərinə start verən Azərbaycan qısa müddətdə böyük uğurlara imza atıb.

Sonra Poliefir və polikarbonat materiallar laboratoriyasının kiçik elmi işçisi Ülviyyə İsmayılova Azərbaycan Ordusunun qazandığı tarixi qələbə ilə bağlı çıxış edib.

 

Seçilən
43
tehsil.biz

1Mənbələr