Ekoloji fəallar Donald Trampın prezident seçkilərində qələbə qazanmasından sonra ABŞ-ın Londondakı səfirliyinin binasını narıncı rəngə boyayıblar.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Just Stop Oil" adlı təşkilatın nümayəndələri "X" şəbəkəsində paylaşım ediblər.
Ekoaktivistlər bildiriblər ki, Trampın qələbəsi dünyanı iqlim fəlakətinə yaxınlaşdırır və planetin hər yerində insanların həyatını risk altına atır. Təbiəti qoruyanlar hesab edirlər ki, seçkilərdə yeganə qalib “korporativ güc” olub. Bu güc neft sənayesinin maraqlarını dəstəkləyir və adi insanların rifahını nəzərə almadan onları üstün tutur.
“Demokratiya korporativ maraqların və milyarderlərin əsirliyində olduğu müddətcə insanların istədiyi dəyişiklikləri gətirə bilməz. Belə vəziyyətdə Tramp kimi yalançı populistlər ümumi narazılığı istismar etməyə davam edəcəklər,” - deyə "Just Stop Oil" nümayəndələri bəyan ediblər.
🧯 US EMBASSY PAINTED ORANGE AS WE REJECT FASCISM
— Just Stop Oil (@JustStop_Oil) November 6, 2024
This morning the world wakes to find it has slipped further into fascism as well as climate breakdown. Trump's win puts the lives of ordinary people at risk, everywhere.
Political systems that can be bought by big oil have no… pic.twitter.com/5OuFgH1B70