RU

ABŞ-nin Londondakı səfirliyini narıncı rəngə boyadılar - VİDEO

Ekoloji fəallar Donald Trampın prezident seçkilərində qələbə qazanmasından sonra ABŞ-ın Londondakı səfirliyinin binasını narıncı rəngə boyayıblar.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Just Stop Oil" adlı təşkilatın nümayəndələri "X"  şəbəkəsində paylaşım ediblər. 

Ekoaktivistlər bildiriblər ki, Trampın qələbəsi dünyanı iqlim fəlakətinə yaxınlaşdırır və planetin hər yerində insanların həyatını risk altına atır. Təbiəti qoruyanlar hesab edirlər ki, seçkilərdə yeganə qalib “korporativ güc” olub. Bu güc neft sənayesinin maraqlarını dəstəkləyir və adi insanların rifahını nəzərə almadan onları üstün tutur.

“Demokratiya korporativ maraqların və milyarderlərin əsirliyində olduğu müddətcə insanların istədiyi dəyişiklikləri gətirə bilməz. Belə vəziyyətdə Tramp kimi yalançı populistlər ümumi narazılığı istismar etməyə davam edəcəklər,” - deyə "Just Stop Oil" nümayəndələri bəyan ediblər.

Избранный
28
iqtisadiyyat.az

1Источники