AZ

Bədavi: “Sabah ilk xallarımızı qazanmaq istəyirik”

“Qarabağ”ın futbolçusu Bədavi Hüseynov Avropa Liqasında sabah “Bodo-Qlimt”ə qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib.

Futbolpress.az xəbər verir ki, kapitan matçdan gözləntilərini bölüşüb:

– Sabah bizi çox çətin oyun gözləyir. “Bodo-Qlimt” həm müdafiədə, həm hücumda balanslı komandadır. Eyni zamanda, bir məsələni də anlayırıq ki, xalımız yoxdur və sabah ilk xallarımızı qazanmaq istəyirik.

– Avrokuboklarda yaxşı oynasanız da, xalınız yoxdur. Bu, nə ilə bağlıdır?
– Mən də anlamıram. Hər oyun yaxşı oynasaq da, nəticə gəlmir. Bəzən gözlənilməz hadisələr də olur. “Ayaks”la matçda qırmızı vərəqə hadisələri dəyişdi. “Tottenhem”lə oyuna da yaxşı başladıq, qol imkanları yaratdıq, amma qol vura bilmədik. Ümid edirəm ki, növbəti oyunlarda vəziyyəti dəyişə biləcəyik.

– Süni örtüklü meydançanın sizə hansı mənfiləri var?
– Süni örtüklü meydança bizə uyğun deyil. Rəqib buna öyrəşib və həm də azarkeşləri önündə oynayacaq. Onların “Portu” ilə oyunlarını izləmişik. Lakin “Bodo-Qlimt”in də zəif cəhətləri var. 90 dəqiqə meydanda mübarizə aparmağa çalışacağıq.

Şahin Cəfərov

Seçilən
75
futbolpress.az

1Mənbələr