ABŞ-da prezident seçkilərinin nəticələri bəlli olduqdan sonra Demokratlar Partiyasının prezidentliyə namizədi Kamala Harris Respublikaçı rəqibi Donald Trampa zəng edərək onu seçkidə qalib gəlməsi münasibətilə təbrik edib.
Harrisin köməkçisi, Demokrat namizədin Trampla hakimiyyətin sülh yolu ilə ötürülməsinin vacibliyini müzakirə etdiyini bildirib.
ABŞ prezidenti Bayden də Tramp və Harrislə telefonla danışıb. Ağ Evdən bildirilib ki, Bayden Trampı seçkilərdə qələbəsi münasibətilə təbrik edib və onu Ağ Evə dəvət edib.
TAHİR