AZ

Yaponiya sahillərində 5,7 bal gücündə zəlzələ baş verib

Bakı. Trend:

Oqasavara adasından 193 km cənubda (Bonin adaları, Yaponiya)Filippin dənizi sularında 5,7 bal gücündə zəlzələ qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə Rusiya Elmlər AkademiyasınınVahid Geofizika Xidmətinin Altay-Sayan filialı bildirib.

Məlumata əsasən, qeydə alınan zəlzələ “çox güclü” kimiqiymətləndirilib.

ABŞ Geoloji Xidmətindən bildiriblər ki, zəlzələnin maqnitudası5,8 təşkil edib. Həmçinin, Amerika seysmoloqları "UTC" vaxtı iləsaat 00:11-də bu ərazidə 5 bal gücündə təkrar zəlzələ qeydəalıblar. Onların məlumatına görə, zəlzələnin ocaqları müvafiqolaraq 8 və 19 km dərinlikdə yerləşib.

Seçilən
75
3
az.trend.az

4Mənbələr