Kanadanın İnnovasiya, Elm və Sənaye naziri Francois-Philippe Champagne Çin sosial media platforması “TikTok” ilə bağlı açıqlama verib.
İndex.az xəbər verir ki, nazir Champagne”təhlükəsizlik risklərini” əsas gətirərək “TikTok”un kommersiya fəaliyyətinin qadağan ediləcəyini, həmçinin Toronto və Vankuverdəki ofislərinin bağlanacağını açıqlayıb.
Kanada vətəndaşlarının tətbiqdən istifadə etməyə və məzmun istehsal etməyə davam edə biləcəyini ifadə edən Champagne vətəndaşların kiber təhlükəsizliklərinə diqqət yetirmələri və sosial media tətbiqlərindən istifadənin potensial risklərini qiymətləndirmələrinin vacib olduğunu deyib.
May ayında Kanada Təhlükəsizlik Kəşfiyyatının (CSIS) direktoru David Vigneault “TikTok” sosial media platformasının Çin hökuməti üçün məlumat kanalı olduğunu əsas gətirərək istifadə edilməməyə çağırıb.