Dünən İsrailin baş naziri Benyamin Netanyahu tərəfindən vəzifəsindən azad edilən Yoav Galant, Netanyahu ilə fikir ayrılığı səbəbiylə vəzifəsindən uzaqlaşdırılan və ya istefa verən 4-cü müdafiə naziri oldu.
Bakıvaxtı.az "Haaretz" qəzetinə istinadla xəbər verir ki, Netanyahu ilə Galant arasında fikir ayrılığı olduğu məlum idi. Netanyahu 2023-cü ilin martında "Məhkəmə islahatı" təşəbbüsünü açıq şəkildə tənqid etdiyi üçün Galantı vəzifəsindən azad etməyə cəhd edib.
İkisi arasında münasibətlərin pis olması səbəbindən Netanyahu və Galant Qəzzaya hücumların ilk günlərindən sonra ayrı-ayrı mətbuat konfransları keçiriblər.
Galant açıqlamalarının birində Netanyahunu dəstəkləmədiyini bəyan edib.
Əli Hüseynov