AZ

Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarının Qarabağa səfəri başlayıb

Bakı, TurkicWorld

Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarının Qarabağa səfəri başlayıb.

TurkicWorld-in Qarabağ bürosu xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə qonaqları Füzuli Hava Limanında Azərbaycan Prezidentinin Ağdam, Füzuli, Xocavənd rayonlarındakı xüsusi nümayəndəsinin müavini Eldar Seyidov qarşılayıb.

Bildirilir ki, Din və hökumət nümayəndələri səfər çərçivəsində Füzuli, Ağdam, Xocalı, Əskəran, Xankəndi və Şuşada işğal dövründə erməni vandalizminə məruz qalan abidələrin dağıntıları ilə tanış olacaqlar. Onlar məscid və ziyarətgahlara baş çəkəcək, azad olunmuş ərazilərdəki bərpa-quruculuq işləri ilə bağlı məlumatlandırılacaqlar.

Türkiyənin Diyanət İşləri İdarəsinin sədri Ali Erbaşın Ağdam məscidində azan verməsi, ziyarətçilərin camaat namazı nəzərdə tutulur. Bu, Ağdam məscidində təmir-bərpa işlərinin yekunlaşmasından sonra ilk dəfə qılınacaq camaat namazıdır.

Xəbər yenilənəcək

Seçilən
19
9
turkic.world

10Mənbələr