AZ

"Qarabağ"ın Norveç şansları - Əmsallar nə deyir?

UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turu davam edir.

Apasport.az xəbər verir ki, bu gün təmsilçimiz “Qarabağ” səfərdə Norveçin “Bodo-Qlimt” klubu ilə üz-üzə gələcək.

Futbol mərc kontorlarında matçın favoriti ev sahibi komanda göstərilir. Ağdamlıların qalibiyyətinə və ya oyunun bərabərliklə nəticələnəcəyinə isə əmsallar "inanmır". 

Buna səbəb skandinaviyalıların ilk 3 turdan sonra 2 qələbə və 1 heç-heçə ilə 7 xal toplamasıdır. Əvəzində isə “Qarabağ” turnirdə hələ ki, xal qazanmayıb.

“Bodo-Qlimt” turnir cədvəlində liderdən 2 xal geridədir. Təmsilçimiz isə sonuncu pillədə qərarlaşıb.

Ekspertlər düşünür ki, “köhlən atlar” bu görüşdə maksimum bir top vura bilər. Həmçinin komandamızın qol buraxmadan qalib gəlmə ehtimalı da “8.88” olaraq qiymətləndirilir. Ev sahibinə isə bu hal üçün “2.87” əmsal verilir. 

Oyunun çox prinsipial keçəcəyini düşünən mütəxəssislər, qarşılaşmada ən azı 4 vərəqənin göstəriləcəyini proqnozlaşdırıblar.

UEFA-nın rəsmi saytında baş tutan səsvermədə isə "Qarabağ" üstündür. Azarkeşlərin düşüncəsinə görə, ağdamlıların qələbə ehtimalı 63 faizdir. Norveçlilərin 3 xal qazanmaq şansları 31 faizdirsə, matçın heç-heçə bitəcəyini düşünənlərin sayı azdır. Cəmi 6 faiz azarkeş komandaların bərabərliyə nail olacağına inanır.

Qeyd edək ki, “Qarabağ”- “Bodo-Qlimt” görüşü bu gün Bakı vaxtı ilə saat 21:45-də start götürəcək. 

Çempionlar Liqası: "Atletiko"dan qələbə, "Aston Villa"nın seriyası qırıldı - YENİLƏNİB

Bədavi Hüseynov: "Bəzən gözlənilməz hadisələr də baş verir"

Qurban Qurbanov: “Rəqibin üstün cəhətləri çoxdur”

Avropa Liqası: “Beşiktaş”dan ev qələbəsi - YENİLƏNİB

“Sabah” yenə məğlub oldu

Seçilən
67
apasport.az

1Mənbələr