Bakı. Trend:
Piyadaların təhlükəsizliyini artırmaq üçün Bakıda ilk dəfə yeninəsil piyada svetoforları quraşdırılıb.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektualİdarəetmə Mərkəzindən məlumat verilib.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzitərəfindən Azadlıq prospekti ilə Füzuli və Şəmsi Bədəlbəyliküçələrinin kəsişməsində, metronun "28 May" stansiyasınınyaxınlığında ümumilikdə 12 ədəd belə svetoforlar işə salınıb.
Bu svetoforların piyada bölməsinin alt hissəsinə quraşdırılanLED işıqlar nizamlayıcının qırmızı işığı yandığı zaman axşamsaatlarında dirəyin aşağı hissəsini piyadaların diqqətini cəlbedəcək səviyyədə eynirəngli işıqla işıqlandırır. Nəticədə piyadazolağına yaxınlaşan piyadalar keçiddən istifadədə daha diqqətliolurlar.
Bu cür svetoforların digər küçə və prospektlərdə dəquraşdırılması nəzərdə tutulub. Ümumilikdə Azadlıq prospekti iləFüzuli və Şəmsi Bədəlbəyli küçələrinin kəsişməsində yenikabel-kommunikasiya xətləri çəkilməklə 13 ədəd avtomobil, 3 ədədvelosiped svetoforları quraşdırılıb.