AZ

Trampın qələbəsindən sonra "Bitcoin"in rekord artımının SƏBƏBİ

“Bitcoin”in rekord artımı ABŞ prezident seçkilərində Respublikaçılar Partiyasından namizəd Donald Trampın xalq səsverməsində qələbəsindən sonra bazarın qeyri-sabitliyi ilə bağlıdır.

Qaziler.az bildirir ki, bunu rusiyalı iqtisadçı Mixail Belyayev “NEWS.ru”ya açıqlamasında bildirib. Ekspert kriptovalyuta ilə məşğul olan insanların dünyada baş verən hadisələrə səthi nəzər saldığını vurğulayıb.

“Kriptovalyuta ilə məşğul olan insanlar dünyada baş verən hadisələr haqda səthi baxışa malikdirlər. Onlar Trampın qələbəsini qeyri-sabit vəziyyət və gələcək qlobal iqtisadi perspektivlərlə bağlı qeyri-müəyyənlik kimi qiymətləndirirlər. Bu, Trampa deyil, yaxın gələcək ilə bağlı perspektivlərin qeyri-müəyyənliyinə reaksiyadır”, - Belyaev izah edib.

İqtisadçı qeyd edib ki, Demokratların namizədi Kamalə Harris qalib gəlsəydi, reaksiya tamamilə eyni və hətta daha kəskin olacaqdı. Onun sözlərinə görə, kriptovalyutalar “Bitcoin”ə müdafiə aktivi kimi baxır. Ekspert eyni tendensiyaların qızılda da müşahidə olunduğuna aydınlıq gətirib.

O, vəziyyətin normallaşacağını, bundan sonra “Bitcoin”in artımının dayanacağını vurğulayıb. Lakin, Belyaev qeyd edib ki, “Bitcoin” arenadan çıxmayacaq, onun kapitallaşması artıq 1,5 trilyon dollara yaxınlaşır.

QAZİLER.AZ

Seçilən
12
qaziler.az

1Mənbələr