AZ

Zəfər Günü xalqımız üçün milli birlik, qürur və qəhrəmanlıq rəmzidir- ÖZƏL

"8 Noyabr - Zəfər Günü, xalqımız üçün milli birlik, qürur və qəhrəmanlıq rəmzi olaraq hər il qeyd olunur və gələcək nəsillərə tarixi bir miras olaraq ötürülür". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Nurlan Nəsənov deyib: "Zəfər Günü Azərbaycan Respublikasının Vətən müharibəsində əldə etdiyi Qələbəni və torpaqlarımızın azad edilməsini simvolizə edən bir tarixdir. 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu Qarabağ və Şərqi Zəngəzur bölgəsini işğaldan azad etdi. Bu günün rəmzi mənası torpaqların geri qaytarılması, şəhidlərimizin xatirəsinin əziz tutulması və xalqın birliyini ifadə edir. "Dəmir yumruq" əməliyyatı 2020-ci ilin Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən hərbi əməliyyatların rəmzi adıdır. "Dəmir yumruq" ifadəsi Prezident İlham Əliyevin çıxışlarında istifadə edilərək xalqın birliyini, gücünü və şanlı ordumuzun döyüş ruhunu simvolizə edir.

2020-ci ilin Vətən müharibəsi zamanı Prezident, Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharəti və liderlik qabiliyyəti, xalqımızın mübarizə əzmi və ordumuzun gücü Azərbaycanın Qələbəsini təmin edən əsas faktorlar oldu. Dövlət başçısının uzaqgörən strategiyası, beynəlxalq arenada diplomatik gedişləri və müharibə dövründə xalqı və ordunu bir araya gətirən çıxışları qələbənin əldə olunmasında mühüm rol oynadı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
11
olaylar.az

1Mənbələr