AZ

Tramp dövrü başlayır: Bakı Vaşinqtondan ədalətli siyasət gözləyir

Dünən ABŞ-də keçirilən prezident seçkilərinin nəticələrinəəsasən, Donald Tramp yenidən, 47-ci prezidenti seçildi. Bu seçkidəDemokratlar Partiyasının namizədi Kamala Harris üzərində qazandığıəhəmiyyətli üstünlük, əslində, bir çoxları üçün gözlənilməz oldu.Bir çoxlarının Trampın qalib gələcəyinə inanmamasına baxmayaraq,nəticə onun xeyrinə oldu.

Donald Tramp artıq 2020-ci il prezident seçkilərində də ciddibir dəstək toplamış, lakin o dövrdə demokrat namizəd Co Baydenqalib elan olunmuşdu. Tramp o vaxt bu nəticələri saxtakarlıqadlandırmış, seçkilərdə qanun pozuntularının olduğunu iddiaetmişdi. Ancaq ABŞ-nin müxtəlif instansiyaları, o cümlədən AliMəhkəmə, bu iddiaları təsdiqləmək üçün kifayət qədər dəlil tapmamışvə saxtakarlıq iddialarını rədd etmişdi. Bu dəfə isəRespublikaçılar Partiyası hazırlığını daha da artıraraq əsasştatlarda xüsusi komissiyalar təşkil etdi, səsvermə və səslərinsayılması prosesini diqqətlə izlədilər.

ABŞ-nin gələcək siyasi xəttini proqnozlaşdırmaq üçün əvvəlcəölkənin 47-ci prezidentinin psixoloji portretini dərindənaraşdırmaq vacibdir. Donald Tramp biznesmen olaraq, ABŞ-nin həmdaxili, həm də xarici siyasətindəki hər bir məsələni kommersiyabaxışından qiymətləndirir. Onun seçkiqabağı kampaniyasında bu baxışaçıq şəkildə hiss olunurdu. Bizim diqqət mərkəzimizdə isə daha çoxxarici siyasət durur, buna görə də Trampın bu sahədə planlarınadiqqət yetirək.

Tramp ABŞ-nin son yüz il ərzində formalaşmış ənənəvi xaricisiyasətini dəyişmək niyyətindədir. O hesab edir ki, Avropanıntəhlükəsizliyinin maliyyələşdirilməsi ABŞ üçün yersiz bir yükdür vəbu yük daha çox Avropa ölkələri arasında bölüşdürülməlidir. Buyanaşma ABŞ-ın Avropa ilə münasibətlərində ciddi dəyişikliklərə yolaça bilər. Eyni zamanda, Trampın daxili istehsalı dəstəkləmək,sərmayələri ölkə daxilinə cəlb etmək və idxal olunan məhsullaragömrük rüsumlarını artırmaq istiqamətində siyasətini davametdirəcəyi gözlənilir. Bu addım onun həm Avropa, həm də Çinləmünasibətlərinə təsir göstərəcək.

Trampın xarakterinin önəmli bir cəhəti də verdiyi vədlərə sadiqqalmasıdır. Bu isə ABŞ-nin ənənəvi hərbi güc yolu ilə geosiyasiməqsədlərə çatmaq strategiyasından kənara çıxacağı anlamına gəlir.Bu yanaşma onun İsrail ilə münasibətlərində də əksini tapa bilər;Tramp İsrailə tam azadlıq verərək, onu İran və Fələstinməsələlərində ABŞ-ın iştirakı olmadan müstəqil hərəkət etməyətəşviq edə bilər.

ABŞ-Azərbaycan münasibətlərinin perspektivinə gəldikdə isə,hazırkı vəziyyətə nəzər yetirdikdə, regional balansın Azərbaycanınxeyrinə dəyişdiyini görmək mümkündür. Gürcüstan, daha sonra isəABŞ-də baş verən siyasi proseslər bu dəyişiklikləringöstəricisidir. Ermənistanın baş naziri Nikol Paşinyan vəziyyətidüzgün qiymətləndirməlidir, əks halda Zəngəzur dəhlizinin açılmasıməsələsi artıq Ermənistan rəhbərliyinin nəzarətindən çıxacaq. Trampüçün Ermənistanın geosiyasi baxımdan əhəmiyyəti yoxdur, bu isəAzərbaycanın manevr imkanlarını genişləndirir. Azərbaycan ABŞ iləhər zaman dialoqa hazır olub və konkret təkliflər irəli sürə bilib.Paşinyan isə təcili olaraq Zəngəzur dəhlizinin açılması ilə bağlıqərar qəbul etməlidir.

Ukrayna məsələsinə gəlincə, Trampın bu konflikti “dondurmaq”istiqamətində addımlar atacağı ehtimal olunur. Tərəflərin mövcudmövqelərində dayanacağı, lakin hər hansı bir yekun razılığın uzunillər ərzində müzakirə ediləcəyi gözlənilir. Bu yanaşma Rusiyaya daəlverişli olacaq, çünki davamlı hərbi əməliyyatlar həm insanitkiləri, həm də qeyri-müəyyənliklər səbəbindən ölkəyə böyükçətinliklər yaradır. Bundan əlavə, Trampla münasibətlərini daha dagücləndirmək üçün Rusiya münaqişənin həllində güzəştə getməyə hazırola bilər. Digər tərəfdən, ABŞ-dən hərbi dəstək almadan Ukraynanınərazi bütövlüyünü bərpa etmək səyləri daha az perspektivligörünür.

Trampın qələbəsi, həmçinin, dünya miqyasında münaqişələrin idarəolunmasında yeni yanaşmaların tətbiqini tələb edir. O, seçkinəticələri açıqlanan kimi dünyada münaqişələri dayandırmağı vədedərək, "Mən müharibə başlatmaq istəmirəm, mən müharibələridayandırmaq istəyirəm", dedi. Cənubi Qafqaz regionu üçün bu,xüsusilə əhəmiyyətlidir. Analitiklər proqnozlaşdırırlar ki, Trampınprezidentliyi dövründə Gürcüstanda “ikinci cəbhə” məsələsigündəmdən çıxacaq və Ukraynada döyüşlərin "dondurulması"istiqamətində addımlar atıla bilər.

Bundan başqa, Ermənistanın revanşist qüvvələrinin yeni ABŞadministrasiyasından hər hansı dəstək alma ehtimalı olduqcazəifdir. Ermənistanda revanşist müharibə xətti tutan və əsasənFransa və Hindistanın dəstəyinə arxalanan qüvvələr üçün gələcəkdəciddi maneələr yaranacaq. Bununla yanaşı, Azərbaycan və Ermənistanarasında davamlı sülhün təmin edilməsi üçün daha geniş imkanlaraçılır.

ABŞ-nin bu seçkiləri göstərdi ki, amerikalılar, Trampınritorikasında olduğu kimi, artıq demokratların təqdim etdiyiliberallaşma və qlobal müdaxilələrdən "yorulublar". Amerikalı işadamları və maliyyə elitası da bu dəyişikliyi hiss edərək ABŞ-ınmilli maraqlarına zidd olan bəzi prosesləri ləngitmək qərarınagəliblər. Bayden administrasiyasının müharibə və münaqişələriqızışdırma siyasətinin nəticələri, artıq "idarə olunan xaos"unidarəolunmaz vəziyyətə gəlməsinə gətirib çıxarmışdır.

Donald Trampın ABŞ prezident seçkilərindəki qələbəsi müasirsağçılığın yüksəlişinin qlobal təzahürüdür. Bu tendensiyanı yalnızfərdi siyasətçilərin xarakteristikasına bağlamaq doğru olmaz; çünkibu dalğa Trampın ABŞ-dəki yüksəlişindən Bolsonaronun Braziliyadakıhakimiyyətinə və Modinin Hindistandakı siyasətinə qədər uzanır.Onların çoxunda, həmçinin Avropada müxtəlif sağ yönümlühərəkatlarda da rast gəlinən bəzi ortaq cizgilər mövcuddur. LakinTramp bu cərəyanın dəyərlərini ən dolğun şəkildə təcəssüm etdirənfiqur olaraq qəbul edilir.

Tramp və müasir sağ qüvvələr iqtisadiyyatda bazarınsərbəstliyini müdafiə edir. Onlar böyük korporasiyalarınvergilərdən azad olmasını və dövlət tənzimləmələrinin minimumaendirilməsini dəstəkləyirlər. Bu yanaşma iqtisadi artıma səbəb olsada, eyni zamanda sosial bərabərsizliyi gücləndirir. Bu, xüsusiləənənəvi enerji sahələrində özünü göstərir; çünki Tramp bu sektoratətbiq edilən tənzimləmələrin azaldılmasını dəstəkləyir. ABŞ-ninhərbi-sənaye kompleksi və bir sıra nəhəng korporasiyalar da Trampınbu siyasətini dəstəkləyənlər sırasındadır. İlon Mask kimi simalarınisə onun yeni administrasiyasında mühüm rol oynayacağı ehtimaledilir.

Trampın təklif etdiyi vergi endirimləri və sərbəstləşmətədbirləri ABŞ-nin ümumi daxili məhsulunu artırmağa yönəldilsə də,bu tədbirlər adi amerikalıların rifahında ciddi bir dəyişiklikyaratmaya bilər. Əksinə, belə bir iqtisadi mühitdə çalışanişçilərin məşğulluğu daha qeyri-sabit olur, çünki dövlətmüəssisələrin əmək münasibətlərində sərbəstliyini müdafiə edir vəsosial dəstəkləri azaldır. Eyni zamanda, əhalinin zəngintəbəqələrinin varidatı artır, dövlət isə tibbi xidmət və təhsilkimi sosial proqramlara ayırdığı vəsaiti azaltmaq meyligöstərir.

Müasir sağ ideologiyaların digər önəmli cəhəti isə miqrasiyayaqarşı sərt siyasətdir. Tramp ABŞ-da qeyri-qanuni miqrasiyaməsələsinə qarşı qətiyyətlə mübarizə aparmaq niyyətindədir. Busiyasət xüsusən yerli amerikalılar arasında geniş dəstəyə malikdir;çünki onların fikrincə, miqrant axını iş yerlərinə və sosialtəhlükəsizliyə təhdid yaradır. ABŞ-də təxminən 13 milyonqeyri-qanuni miqrantın varlığı qeyd olunur və onların deportasiyasıciddi polisləşmə tədbirləri tələb edəcəkdir.

Bu vəziyyətdə dövlətin daha sərt polisləşmə tədbirləri tətbiqedərək iqtisadi kursu dəstəkləmək və mümkün sosial narazılıqlarınqarşısını almaq üçün müvafiq tədbirlər görəcəyi ehtimal edilir. ABŞtarixində buna bənzər hadisələr müşahidə olunub; XX əsrin əvvəlindəmüxtəlif işçi təşkilatları dövlətin repressiv tədbirləri iləüzləşmişdi.

Trampın iqtisadi siyasətində proteksionizm mühüm yer tutur.ABŞ-nin daxili bazarını qorumaq üçün müəyyən məhsulların idxalına10 faizdən yüksək rüsumlar tətbiq etmək planlaşdırılır. XüsusiləÇin mənşəli məhsullara qarşı 60 faiz rüsum tətbiq etməklə Trampölkənin istehsal sektorunu dəstəkləmək və yeni iş yerləri yaratmaqistəyir. Bununla o, “Amerikanı yenidən böyük etmək” şüarınıdirçəltmək niyyətindədir. Trampın iqtisadi siyasəti ABŞ-nin 1950-ciillərdəki çiçəklənmə dövrünü təkrarlamağa cəhd edir.

Çinə qarşı bu sərt mövqe yalnız iqtisadi müstəvidə deyil, həm dəgeosiyasi sahədə özünü göstərir. ABŞ, xüsusilə də Trampınrəhbərliyi altında, Çinin iqtisadi gücünün artmasından narahatdır.Çinin iqtisadi yüksəlişi ilə yanaşı hərbi gücünü artırmasıVaşinqtonda narahatlıq doğurur. Bu baxımdan Trampınadministrasiyası Tayvanın müdafiəsinə və Çinin gücünüməhdudlaşdırmağa üstünlük verəcək.

Trampın xarici siyasətində İsraillə sıx əməkdaşlıq və İranəleyhinə mövqe əsas yer tutur. İranın nüvə silahına nail olmasıehtimalı Trampın administrasiyasını bu ölkəyə qarşı hərbitədbirlərə əl atmağa sövq edə bilər. Eyni zamanda, Tramp Türkiyəprezidenti Rəcəb Tayyib Ərdoğana müəyyən simpatiya ilə yanaşır vəbu da ABŞ-Türkiyə əlaqələrinin inkişafına təsir göstərə bilər.

Tramp administrasiyası dövlət aparatında əsaslı kadrdəyişiklikləri həyata keçirmək niyyətindədir. “Layihə – 2025” adıilə tanınan islahat planı çərçivəsində dövlət orqanlarında 50 minəyaxın yeni təyinat həyata keçirilməsi gözlənilir. Bu təyinatlarTrampın strategiyasının bir hissəsi olaraq prezidentinsəlahiyyətlərini gücləndirmək və dövlət aparatında daha çox nəzarətəldə etmək üçün nəzərdə tutulub. Trampın məqsədi dövlətin idarəetməmodelini dəyişdirərək prezidentin hakimiyyətini artırmaqdır.

Bu addımlar ABŞ-nin idarəetmə sistemində tarixi dəyişikliklərəsəbəb ola bilər və bəzi tənqidçilərin fikrincə, ABŞ-ni avtoritarbir dövlətə çevirmək potensialına malikdir. Bununla yanaşı,ölkədəki müxtəlif müxalif qüvvələr, o cümlədən liberalidarəetmələr, bu cür dəyişikliklərə qarşı müqavimət göstərməyəhazırdır.

Trampın prezidentlik uğuru bir çox səbəblərlə əlaqədardır, ocümlədən Bayden administrasiyasının iqtisadi siyasətindən narazılıqvə cəmiyyətin solçuluğa olan məyusluğu. Amerika cəmiyyəti, xüsusiləaşağı təbəqə, inflyasiya və qiymət artımları ilə qarşılaşarkən,sosial-mədəni eksperimentlərə daha az maraq göstərir və sağçıqüvvələri dəstəkləməyə üstünlük verir. Beləliklə, Trampın qələbəsitəkcə ABŞ-də deyil, həm də qlobal miqyasda sağ dalğanıngüclənməsinə bir nümunədir.

Beləliklə, Tramp yanvar ayında öz prezident səlahiyyətləriniicra etməyə başladıqdan sonra ABŞ-nin yeni bir dövrə qədəm qoyacağıehtimal edilir. Bu dövrün əsas meyarı isə Amerika maraqlarınınpraqmatik çərçivədə qorunması olacaq.

Seçilən
28
12
az.trend.az

10Mənbələr