AZ

Dünya liderlərindən kimlər Donald Trampın qələbəsindən qazanacaq, kimlər itirəcək?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Donald Trampın Ağ Evə qayıdışı dünya siyasi arenasında qüvvələr balansını köklü şəkildə dəyişə bilər.
Oxu.Az-ın verdiyi məlumata görə, "Bloomberg" analitikləri dünya liderlərindən kimlərin Donald Trampın qələbəsindən qazanacağı və ya itirəcəyi barədə proqnozlarını təqdim ediblər.
Ekspertlərin fikrincə, Trampın qələbəsindən faydalananlar sırasında İsrailin Baş naziri Benyamin Netanyahu, Hindistanın Baş naziri Narendra Modi, Rusiya Prezidenti Vladimir Putin, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Muhəmməd bin Salman, İtaliyanın Baş naziri Corciya Meloni, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Macarıstanın Baş naziri Viktor Orban, KXDR-in rəhbəri Kim Çen In və Argentina Prezidenti Xavyer Miley olacaqlar.
Trampın prezidentliyindən ziyan görəcək olanlar sırasında isə Ukrayna Prezidenti Volodimir Zelenski, İran Prezidenti Məsud Pezeşkian, Çin Xalq Respublikasının Sədri Si Cinpin, Fransa prezidenti Emmanuel Makron, Almaniyanın Kansleri Olaf Şolts kimi Avropa siyasətçiləri, həmçinin Yaponiya baş naziri, Meksika və Braziliya prezidentləri göstərilirlər.
Seçilən
50
47
oxu.az

10Mənbələr