AZ

Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə sadiqdir - Anar Quliyev - FOTO

Azərbaycan BMT-nin Yeni Şəhər Gündəliyi və Dayanıqlı İnkişaf Məqsədlərinə sadiqdir.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Qahirədə keçirilən 12-ci Ümumdünya Şəhərsalma Forumunda (WUF12) baş tutan Nazirlər Toplantısında çıxışı zamanı qeyd edib

O, həmçinin, COP29 çərçivəsində irəli sürüləcək "MAP" təşəbbüsünün (Dayanıqlı və Sağlam Şəhərlər üçün Multisektoral Fəaliyyət Yolları) əhəmiyyətinə və bu kontekstdə təsis olunacaq Bakı Davamlılıq Koalisiyasının roluna diqqət çəkərək bildirib ki, bu, COP və WUF platformaları arasında sinerjinin təmin olunmasına mühüm töhfələr verəcək.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bir neçə gün sonra Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
Seçilən
33
1
day.az

2Mənbələr