AZ

Perunun futbol federasiyasının prezidenti cinayətkar dəstə təşkil etdiyinə görə həbs edildi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Peru polisi milli futbol federasiyasının prezidenti Aqustin Losanonu cinayətkar qruplaşmanın təşkilinə və korrupsiyaya görə həbs edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Infobae" qəzeti məlumat yayıb.
Mənbənin məlumatına görə, Losano Peru klubları və liqalarına olan borclarını bağışlayan, müxtəlif qurumlara kreditlər verən "Los Qalaktikos" qruplaşmasının lideri olub. O, həmçinin çirkli pulların yuyulması və korrupsiyada ittiham olunur. Qeyd olunur ki, Lozanonun evində axtarış aparılıb və onu 20 ilə qədər həbs gözləyir.
Noyabrda Peru millisi 2026-cı ilin dünya çempionatının seçmə mərhələsi çərçivəsində iki oyun keçirməli olacaq - ayın 16-da perulular doğma meydanda çilililərlə, 20-də isə argentinalılarla səfərdə qarşılaşacaqlar. Peru millisi 10 oyunda 6 xal toplayaraq, Cənubi Amerikanın seçmə qrupunun turnir cədvəlində sondan əvvəlki, doqquzuncu yerdədir.
Seçilən
46
46
oxu.az

10Mənbələr