Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib.
Fanat.Az xəbər verir ki, buna "Qarabağ"ın UEFA Avropa Liqasının Liqa mərhələsində qazandığı qələbə şərait yaradıb.
Təmsilçimizin 4-cü tur çərçivəsində Norveçdə “Budyo Qlimt”i məğlub etməsi (2:1) ölkəmizin aktivinə daha 0,500 xal yazdırıb.
Bolqarıstanı geridə qoyaraq 27-ci sıraya yüksələn Azərbaycanın hesabında hazırda 19,625 əmsal var.
Bir pillə öndə - 26-cı yerdə olan Rumıniya 20,125, 28-ci yerdə qərarlaşan Bolqarıstan isə 19,125 xala malikdir.
Cari mövsümün qazancı 2,875-ə bərabərdir. Ölkə reytinqi üçün “Zirə” və “Qarabağ” 1,250, “Sabah” 0,250, “Sumqayıt” 0,125 xal əldə edib.
55 ölkənin yer aldığı reytinq siyahısına 95,160 əmsalla İngiltərə başçılıq edir.