AZ

8 min əsər aid olduğu torpaqlara geri qaytarıldı

\"Dünyanın hər yerində Türkiyədən hər hansı bir əsar varsa, bunu bilsinlər ki, Türkiyə gəlib bunu sizdən alacaq\"
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ərsoy deyib. 
 
O, vəzifəyə gəldiyi gündən etibarən ölkəyə aid 8 minə yaxın sənət əsəri qaytarıldığını vurğulayıb:
 
\"Qətiyyətli təqiblər nəticəsində bütün ölkələr bizə məxsus olanları geri qaytarmağa başlayıblar. Biz vəzifəyə gəldiyimiz gündən ölkəmizə aid  8 minə yaxın sənət əsəri gətirmişik\".
 
Nazir öz çıxışı zamanı kitabxanaların necə mühüm olduğundan da söz açıb:
 
\"Nazirlik olaraq digər mühüm mövzumuz kitabxanalardır. 2018-ci ildən biz ümumilikdə 524 kitabxana açmışıq, onlardan 204-ü ümumiyyətlə kitabxananın olmadığı yerlərdə sıfırdan tikilib. Bu il Nazirliyimizin tabeliyində fəaliyyət göstərən kitabxanaların sayı 1296-ya çatıb. Bundan əlavə, biz çox şadıq ki, səyyar kitabxanalarımızın və körpələr üçün kitabxanalarımızın sayını artırmışıq\".
 
Oksana
Seçilən
26
azxeber.com

1Mənbələr