AZ

Bu ölkə Trampa sui-qəsddə ittiham edilir

ABŞ Ədliyyə Nazirliyi İranın ölkənin yeni seçilmiş Prezidenti Donald Trampa qarşı sui-qəsd hazırlaması ilə bağlı ittiham irəli sürüb.

Milli.Az APA-ya istinadla xəbər verir ki, bu barədə qurumun açıqlamasında deyilir.

"Ədliyyə Nazirliyi İranın Donald Trampa qarşı sui-qəsd planlarını davam etdirmək üçün cinayət şəbəkəsini idarə etmək vəzifəsi daşıyan Tehran rejiminin agentini ittiham edib", - məlumatda deyilir.

ABŞ Federal Təhqiqatlar Bürosunun direktoru Kristofer Rey isə öz növbəsində iddia edib ki, İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-də qətllər təşkil etmək üçün guya cinayətkarlar və muzdlu qatillərlə əlbir olub.

Milli.Az

Seçilən
28
15
milli.az

10Mənbələr