Kuraxovonu müdafiə edən Ukrayna müdafiə qüvvələri bu yaxınlarda Rusiyanın ən güclü hücumlarından birini uğurla dəf edərək düşmənə böyük ziyan vurub. Bununla belə, bu cür uğur Ukrayna üçün çox da ümidverici olmamalıdır. Bu fikirlər Forbes-in analitiki Devid Eksə məxsusdur.
Nəşr yazıb ki, çərşənbə axşamı Rusiyanın ən azı 14 zirehli texnikası piyadalarla birlikdə Kuraxovoya hücum edib. Bununla belə, bir neçə mil şərqdə onlar Ukrayna minalarından, kasetli artilleriya mərmilərindən, pilotsuz uçan aparatlarından və tank əleyhinə raketlərdən ibarət əsl "divar"la qarşılaşıblar. Onlar sanki tonqalda məhv olublar.
Eyni zamanda, Eks qeyd edib ki, bu uğur Ukrayna üçün yaxşı xəbər olsa da, lakin potensial olaraq keçici nailiyyət sayılır. Çünki Rusiyanın ilk hücumu dəf edildi, yeni-yeni hücumlar isə uzaqda deyil...
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural