AZ

Deputat Asif Əsgərov Zəfər Günündə şəhidlərin məzarını ziyarət etdi - FOTOLAR

Zəfər Günü münasibətilə noyabrın 8-də Zaqatala şəhərində ümumrayon tədbiri keçirilib.

"Unikal" xəbər verir ki, tədbir öncəsi 112 saylı Zaqatala DKS-dan seçilmiş Milli Məclisin deputatı Əsgərov Asif Yunis oğlu Aşağı Tala kəndində Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Mahmudov Ramiz Mahmud oğlunun, Üçüncü Tala kəndində Vətən Müharibəsi Qəhrəmanı, şəhid Qaflanov Şıxamir Oruc oğlunun qəbirlərini ziyarət etmiş, şəhid valideynləri ilə görüşüb.

Daha sonra Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Milli Məclisin deputatı Asif Əsgərov, YAP Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, şəhid ailələri, qazilər, idarə və müəssisə təşkilatlarının rəhbərləri, rayon ictimaiyyətin nümayəndələri əvvəlcə şəhər qəbiristanlığında şəhid məzarlarını, Şəhidlər Xiyabanını, “Zəfər Kompleksi” abidəsini  ziyarət etmişlər.

Tədbir Zaqatala rayon Mədəniyyət Mərkəzində dövlət himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə davam etdirildi. Tədbirdə çıxış edənlər 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən, Zəfərlə başa çatan müharibədə Vətənimizin igid oğullarının göstərdikləri qəhrəmanlıqlardan danışıblar.

Çıxışlardan sonra "Zəfər yolu" filmi nümayiş olunub. 

Seçilən
82
50
unikal.az

10Mənbələr