AZ

Madonna Trampa qarşı hiddətini açıq şəkildə bildirib

Pop diva Madonna ABŞ-ın yeni siyasi kursu ilə bağlı emosiyalarını saxlaya bilməyib və sosial şəbəkələrdə siyasi vəziyyətə həsr olunmuş tortun fotosunu yerləşdirməklə hiddətini açıq şəkildə bildirib... 

Poliqon lent.az-a istinadən xəbər verir ki, o, fotonun altında bu qədər şübhəli keçmişi olan bir adamın niyə ölkə başında dayandığını soruşan istehzalı mesaj yazıb:

"Mən başa düşməyə çalışıram ki, amerikalılar nə üçün ölkəmizə mühakimə olunmuş cinayətkar, təcavüzkar birini rəhbər seçiblər. Yoxsa o, yalnız iqtisadiyyatı yaxşılaşdırmaq vədlərinə görə seçilib?"

Ulduz ölkənin siyasi prioritetlərinin necə dəyişdiyindən məyus olduğunu bildirib.

Bununla da 65 yaşlı Madonna bir daha göstərdi ki, o, siyasətlə bağlı açıq danışmaqdan çəkinmir və populyarlığından diqqəti sosial əhəmiyyətli mövzulara çəkmək üçün istifadə edir.

Poliqon.info 

Seçilən
41
8
poliqon.info

10Mənbələr