AZ

Cennifer Lopez şahzadə Diananı xatırlatdı

Məşhur müğənni Cennifer Lopez keçmiş əri Ben Afflekin prodüseri olduğu "Untamed" adlı yeni filminin press-turuna qatılıb.

“İki sahil” xəbər verir ki, cümə axşamı Londonda keçirilən görüşdə 55 yaşlı ulduz "Christian Dior" dəsti ilə diqqət çəkib.

Aktrisa və müğənni xalçada 1960-cı illərin üslubunda 4700 dollar dəyərində olan ağ qoşa ətəkli paltoda, qara enli papaqda və qladiator çəkmələrindən istifadə edib. Cennifer görünüşü ilə ağ-qara pencəklərə meyilli olan şahzadə Diananı xatırladıb.

Lopez tərzini "Chouchou" adlanan və sonradan şahzadənin şərəfinə adlandırılan "Lady Dior" çantası ilə tamamlayıb.

Seçilən
54
5
ikisahil.az

9Mənbələr