AZ

Almaniya Kansleri Olaf Şoltz Prezident İlham Əliyevə zəng edib

Bakı. Trend:

Noyabrın 9-da Almaniya Federativ Respublikasının Kansleri OlafŞoltz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəngedib.

Telefon danışığı əsnasında Kansler Olaf Şoltz Almaniyadayaranmış siyasi vəziyyətə görə Azərbaycanın ev sahibliyi etdiyiCOP29 konfransının liderlər sammitində iştirak edə bilməyəcəyinitəəssüflə qeyd edib. Kansler Olaf Şoltz COP29 iqlim konfransınınuğurla keçməsinin əhəmiyyətinə toxunaraq Almaniyanın yeni maliyyəhədəfinin əldə edilməsi üçün lazımi dəstək göstərəcəyinibildirib.

Dövlətimizin başçısı COP29-un ev sahibi və sədr ölkə kimiAzərbaycanın məqsədlərini qeyd edərək, tərəflər arasında körpülərqurmağa çalışdığını və nəticəyönümlü müzakirələrin aparılması üçünəlverişli platforma təmin etdiyini vurğulayıb.

Kansler Olaf Şoltz Almaniyanın Azərbaycan ilə Ermənistanarasında sülhün və mehriban qonşuluq münasibətlərinin qurulmasınıdəstəklədiyini qeyd edib və bu xüsusda, ölkəsinin tərəfləricəsarətli addımlar atmağa çağırdığını deyib.

Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında sülhmüqaviləsi və onun əsasını təşkil edən prinsiplərin təşəbbüskarınınAzərbaycan olduğunu deyərək, Ermənistanın konstitusional əsasdaölkəmizə qarşı ərazi iddialarının hələ də qalmaqda olduğunubildirib. Dövlətimizin başçısı Ermənistanın sənədin mətni üzrətəkliflərini xeyli gecikdirməsinin prosesə mənfi təsir etdiyinixatırladıb, amma buna baxmayaraq, tərəflərin sənədin mətni üzrəyekun razılaşma əldə etməyə yaxın olduğunu və COP başa çatdıqdansonra danışıqların davam etdiriləcəyini vurğulayıb.

Seçilən
37
33
az.trend.az

10Mənbələr