News365.az xəbər verir ki,Azərbaycan Xarici İşlər Nazirliyi qardaş Türkiyənin banisi və Türk millətinin dahi oğlu Mustafa Kamal Atatürkün vəfatının 86-cı ildönümünü hörmətlə anıb. Təbrik mesajında deyilir ki, Mustafa Kamal Atatürk vətəninin istiqlaliyyəti uğrunda apardığı hər bir mübarizəni zəfərlə taclandıraraq tarixdə əbədi iz qoyub.
Nazirlik, bu ağır gündə dahi liderin əziz xatirəsini hörmət və minnətdarlıqla yad etdiklərini vurğulayıb. Həmin paylaşımı təqdim edirik:
"Qardaş Türkiyə Respublikasının banisi, Türk millətinin dahi oğlu, vətəninin istiqlaliyyəti uğrunda apardığı hər bir mübarizəni zəfərlə taclandırmış qazi Mustafa Kamal Atatürkün vəfat etməsindən 86 il ötür.
Bu ağır gündə, dahi Mustafa Kamal Atatürkün əziz xatirəsini hörmət və minnətdarlıqla yad edirik."