Bakı. TurkicWorld:
Bakıda keçiriləcək COP29 konfransında Almaniyanı xarici işlər naziri Annalena Berbok təmsil edəcək.
TurkicWorld xəbər verir ki, bu barədə Almaniyanın Bakıdakı səfiri Ralf Horlemann məlumat verib.
Səfirin sözlərinə görə, Almaniya Xarici İşlər Nazirliyinin beynəlxalq iqlim fəaliyyəti üzrə xüsusi nümayəndəsi Cennifer Morqan da ölkə nümayəndə heyətinə daxil olacaq.
"Almaniyanın baş müzakirəçisi olaraq Morgan iqlim böhranının həlli üçün COP29-da iştirak edəcək. Xarici işlər naziri Berbok və Almaniya hökumətinin digər yüksək vəzifəli nümayəndələri yaxın iki həftə ərzində konfransa qatılacaq," - o, sosial şəbəkədəki X səhifəsində qeyd edib.