AZ

Papa Fransisk: Ümid edirəm ki, sabah Bakıda...

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ümumi evimizin qorunmasına töhfə verəcəyinə ümid edirəm.

Turkustan.az xəbər verir ki, bunu Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ənənəvi “Angelus” duası zamanı deyib.

Pontifik Bakının ev sahibliyi edəcəyi COP29-un əhəmiyyətini vurğulayıb:

“Ümid edirəm ki, sabah Bakıda başlayacaq COP29 - İqlim Dəyişikliyi Konfransı ümumi evimizin qorunmasına səmərəli töhfə verəcək”.

Qeyd edək ki, Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolinin COP29-da iştirak üçün Azərbaycana səfər edəcəyi gözlənilir./axar.az/

Seçilən
55
19
turkustan.az

10Mənbələr