AZ

Qurban Qurbanov: “Çox dəyişiklik etməyin tərəfdarı deyiləm”

"Futbolçularımı təbrik edirəm. Fasilə öncəsi vacib qalibiyyət idi".

İdman.biz xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis Misli Premyer Liqasının 13-cü turunun “Qarabağ” - “Zirə” oyunundan (4:0) sonra keçirilən mətbuat konfransında komandanın yorğun olduğunu bildirib: “Komandada bir az yorğunluq var idi. Çünki bundan əvvəl uzun səfər etmişdik. Bu, birinci hissədə daha çox hiss olundu. “Zirə” də ilk yarıda çox yaxşı müdafiə olunurdu. Amma ikinci hissədə futbolçularımız daha yaxşı oynamağa başladılar. Vurduğumuz ikinci qol oyunu sanki bir az asanlaşdırdı”.

Baş məşqçi avrokubok matçlarında heyətdə tez-tez dəyişiklik etməyin tərəfdarı olmadığını söyləyib: “Vacib matçlarda heyətdə çox dəyişiklik etməyin tərəfdarı deyiləm. Bəzən bir, maksimum iki dəyişiklik etmək olar. Avrokubokda rəqiblər 90 dəqiqə bizə təzyiq yaratmaq gücündədirlər. Meydanda da həmin təzyiqə dözən futbolçular olmalıdır. Hansısa oyunçunun hazırlığının digərindən yaxşı vəziyyətdə olduğunu görsək, o zaman dəyişiklik edə bilərik”.

Qeyd edək ki, "Qarabağ" 31 xalla lider mövqeyində qərarlaşıb.

İdman.biz

Seçilən
60
idman.biz

1Mənbələr