İngiltərə Premyer Liqasında 11-ci tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, bu gün oyun baş tutub.
“Mançester Yunayted" "Lester Siti"ni darmadağın edibsə, London derbisi - "Çelsi" - "Arsenal" dueli qollu bərabərliklə yekunlaşıb.
"Nottingem Forest" evdə "Nyukasl"a, "Tottenhem" "İpsviç Taun"a uduzub.
Hazırda 28 xala malik “Liverpul” vahid liderdir. Son çempion “Mançester Siti” 23 xalla ikinci pillədə qərarlaşıb. “Çelsi”, “Arsenal”, “Nottingem Forest” və “Brayton”un 19 xalı var.
İngiltərə Premyer Liqası
11-ci tur
9 noyabr
Brentford – Bornmut 3:2
Qollar: Vissa, 27; 58. Damsqard, 50 – Evanilson, 17. Kluyvert, 49.
Kristal Pelas – Fulhem 0:2
Qollar: Smit Rou, 45+2. H.Uilson, 83.
Vest Hem – Everton 0:0
Vulverhempton – Sauthempton 2:0
Qollar: Sarabiya, 2. Kunya, 51.
Brayton – Mançester Siti 2:1
Qollar: J.Pedro, 78. O’Rayli, 83 – Haland, 23.
Liverpul – Aston Villa 2:0
Qollar: Nunyes, 20. Salah, 84.
10 noyabr
Mançester Yunayted – Lester Siti 3:0
Qollar: Fernandes, 17. Kristiansen, 38-öz qapısına. Qarnaço, 82.
Nottingem Forest – Nyukasl 1:3
Qollar: Murilyo, 21 – A.İsak, 54. Joelinton, 72. Barnes, 83.
Tottenhem – İpsviç Taun 1:2
Qollar: Bentankur, 69 – Smodiks, 31. Delap, 43.
Çelsi – Arsenal 1:1
Qollar: Neto, 70 – Martinelli, 60.