AZ

Bakıda COP29 başlayır - Olimpiya Stadionundan ilk görüntülər - VİDEO, FOTOLAR

Bu gündən etibarən 22 noyabra qədər Azərbaycan COP29 tədbirinə ev sahibliyi edəcək.

Musavat.com xəbər verir ki, konfrans Bakı Olimpiya stadionunda keçirilir.

Mavi Zona BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) tərəfindən idarə olunan rəsmi konfrans və danışıqlar məkanıdır. COP29 zamanı bütün sessiya, görüş, əlavə tədbir və mətbuat konfransları məhz Mavi Zonada keçiriləcək. Mavi Zonaya yalnız UNFCCC tərəfindən akkreditasiya olunmuş iştirakçılar buraxılır.

Bu zona 24 saat fasiləsiz fəaliyyət göstərəcək. 

“Mavi zona”ya daxil olmaq istəyən 65 mindən çox insan BMT-nin xüsusi qeydiyyat sistemindən keçib.

Yaşıl Zona isə iqlim məsələləri ilə bağlı müxtəlif maraqlı tərəflərin - dövlət və özəl sektor təmsilçiləri, media, elm adamları, ekspertlər, yerli icmalar, vətəndaş cəmiyyəti institutları və rəsmi Mavi Zona nümayəndələrinin daxil olduğu geniş iştirakçı auditoriyasının bir araya gələcəyi məkandır. Yaşıl zona iqlim dəyişmələri üzrə həllərin təşviqində gənclərin, eləcə də qadın və yerli icmaların daha geniş iştirakını ehtiva edir. İqlim fəaliyyəti ilə yaxından tanış olmaq istəyənlər üçün açıq olan Yaşıl Zonaya biletləri iTicket platforması vasitəsilə elektron formada (ödənişsiz) əldə etmək mümkündür. Konfransın dayanıqlılıq prinsipləri nəzərə alınaraq, elektron biletlərin çap edilməsi və kağız daşıyıcıda təqdim olunması tələb olunmur.

Nigar HƏSƏNLİ,
Musavat.com

 

Seçilən
10
musavat.com

1Mənbələr