AZ

Fələstin Qəzzada soyqırımı ilə bağlı çağırış edib

İsrail Qəzza zolağında soyqırımı dayandırmağa məcbur edəcək qətnamə layihəsini BMT Təhlükəsizlik Şurasına təqdim etməyə çağırıb.

Bakıvaxtı.az "WAFA"ya istinadən xəbər verir ki, bu barədə İslam Əməkdaşlıq Təşkilatı (İƏT)-Ərəb Liqası Fövqəladə Birgə Zirvə Toplantısı ilə bağlı Ər-Riyadda keçirilən hazırlıq iclasında çıxış edən Fələstinin baş naziri Məhəmməd Mustafa məlumat verib.

Onun sözlərinə görə, İsrailin qanunsuz işğalına son qoymaq üçün birgə işləmək, əməli addımlar atmaq və sanksiyalar tətbiq etmək vacibdir:

"Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin yeddinci fəslinə uyğun olaraq, bir qətnamə layihəsi təqdim edirik. Təhlükəsizlik Şurasına İsrailin işğalçı qüvvə kimi Qəzzaya daxil olmasını tələb edəcək. İsrailin BMT Baş Assambleyasında iştirakını dondurmaq üçün addımlar atılmalıdır".

Gülşən Şərif

Seçilən
25
6
bakivaxti.az

7Mənbələr