“COP29-da bir çox hədəflər qoyulub. Amma bunlardan ən vacibi məncə, planetimizi xilas etmək üçün proqramların təmin edilməsində ölkələr arasında əməkdaşlığa nail olmaq, həmçinin müxtəlif ölkələrdən gələn təşəbbüsləri başqaları ilə bölüşməkdir”.
Bunu APA-ya açıqlamasında İslam dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd Əl-Malik deyib.
O bildirib ki, maliyyə bu gün böyük problemdir: “Düşünürəm ki, inkişaf etmiş ölkələrin inkişaf etməmiş ölkələrə yardım etməsi olduqca vacibdir. Çünki bir ölkədə nə baş verirsə, o, digər ölkələrə də təsir edir. Ancaq mən düşünmürəm ki, maliyyə problemlərin tam həllinə kömək edəcək. İqlim problemlərini həll etmək üçün bir çox başqa məsələlər var”.
"Cebheinfo.az"