AZ

Rusiyalı marafonçu həyatla vidalaşdı

Rusiyalı marafonçu Yevgeniya Pavlova 41 yaşında ağır xəstəlik səbəbindən həyatla vidalaşıb.

Fanat.Az "Novosti Volqoqrada"ya istinadən xəbər verir ki, sentyabrda mədəsində yaranan güclü ağrıya görə xəstəxanaya yerləşdirilən idmançıda müayinələr zamanı onkoloji xəstəlik aşkar edilib.

Kimyəvi müalicə almasına və noyabrın 7-də əməliyyat olunmasına baxmayaraq, Yevgeniya dünyasını dəyişib.

Qeyd edək ki, 2023-cü ildə 24 saat ərzində 170 kilometr məsafəyə qaçmış idmançı bu il öz rekordunu yeniləməyə hazırlaşırdı.

Seçilən
5
4
fanat.az

7Mənbələr