Futbol üzrə Azərbaycan millisinin də üzvü olan Elvin Cəfərquliyev “Qarabağ”ın heyətində 100-cü çempionat matçına çıxıb.
Arena.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının 13-cü turunda baş verib.
24 yaşlı müdafiəçi “Zirə” ilə ev qarşılaşmasına start heyətində başlayıb.
Onun Ağdam klubunda debütü 2021/2022 mövsümünə təsadüf edib. Elvin 100 qarşılaşmada 8 qola imza atıb.
Elvin Cəfərquliyev daha öncə “Keşlə” (indiki “Şamaxı”) və “Sumqayıt”da da forma geyinib. Cinah müdafiəçisi “Qarabağ”ın heyətində bütövlükdə 157 oyuna çıxıb, 8 qol vurub, 25 məhsuldar ötürmə müəllifi olub.
Cəfərquliyev 2021-ci ilin mart ayında debüt etdiyi Azərbaycan milli komandasının heyətində 25 oyuna çıxıb, 1 qol və 1 assistlə yadda qalıb.
Xatırladaq ki, “Qarabağ” “Zirə” ilə görüşdə 4:0 hesabı ilə qalib gəlib.