AZ

Gənclərin iqlim məsələləri ilə bağlı qərarların qəbulunda daha geniş şəkildə cəlb edilməsi vacibdir - YNA

Bakı. Trend:

Gənclərin iqlim məsələləri ilə bağlı qərarların qəbulu prosesinədaha geniş şəkildə cəlb edilməsini nəzərdən keçirmək lazımdır.

Trend xəbər verir ki, bunuBMT-nin İqlim Dəyişikliyi üzrə Gənclər Agentliyinin (YNA) vəkillikşöbəsinin rəhbəri Çarli Bevis COP29-da keçirilən YNA GənclərLiderliyi Forumunda bildirib.

"Bugünkü müzakirəmizin əsası təkcə YNA-nın gələcəyi haqqındadeyil, həm də gənclərin iqlimlə bağlı qərar qəbul etməkdə dahageniş iştirakı barədə düşünməkdir. Gənclərin iştirakını və iştiraketməsini təmin etmək üçün, özümüzdən başqa, gənclərin buradaolmasının, danışıqlar masasında oturmasının, iqlim məsələlərininhəllində mənalı iştirak etmək bacarığı və biliklərinin olmasının nədemək olduğunu tənqidi düşünmək lazımdır", - o qeyd edib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bugündən Azərbaycanda start götürür. Bununla bağlı qərar ötən ildekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbuledilib.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən YerSammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsininqarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference ofParties) abbreviaturası İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqanolan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cürrazılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilinmartında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Məqalədə:
Seçilən
31
2
az.trend.az

3Mənbələr