AZ

“Əsas məsələ kollektiv səylərin artırılmasından ibarətdir” – COP29-un PREZİDENTİ

“COP29 həqiqətən də hər kəs üçün önəmli yol açan bir təşəbbüsdür”.

Bizim.Media xəbər verir ki, bunu COP29-un prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılış mərasimində bildirib.

Muxtar Babayev bildirib ki, ətraf mühit proqramı qlobal səviyyədə temperaturun 3 dərəcəyədək artdığını göstərir: 

“Bu fəlakətdən xəbər verir. Dünyanın müxtəlif ərazilərində yaşayan insanlar bu problemdən əziyyət çəkir. Onlar bizdən kağız üzərində müzakirə yox, konkret addımlar gözləyir. Bizim bu sahədə planımız ambisiyaların artırılması və fəaliyyətin gücləndirilməsindən ibarətdir. Maliyyələşmə sahəsində ambisiyalılığı artıra və əlavə maliyyə vəsaiti cəlb edə bilərik. Burada əsas məsələ kollektiv səylərin artırılmasından ibarətdir. 

Yeni müəyyənləşdiriləcək səylər özündə daha effektiv nəticələri ehtiva etməlidir. Burada söhbət 100 milyardlarla dollardan gedir. Bizim yekun qərar qəbul etməyimiz üçün 11 günümüz var. Biz başa düşürük ki, danışıqlar heç də asan olmayacaq, amma biz konfransın əsas məqsədinə nail olmalıyıq.

Əldə edəcəyimiz nəticələr təkcə ayrı-ayrı ölkələrin deyil, bütövlükdə planetimizin maraqlarına xidmət etməlidir. 

Sabah qənaət etmək üçün bu gün investisiya cəlb etməliyik. Düşünürəm ki, COP29-da irəliyə doğru addımların atılması üçün kifayət qədər fürsətlər yaranacaq. Burada təkcə maliyyələşmə yox, həm də insanların həyatını xilas edəcək texnologiyaların ehtiyacı olan dövlətlərə təqdim edilməsi də mühüm rol oynayır. Məhz belə olduqda əsas məqsədimizə çata biləcəyik. Unutmamalıyıq ki, bu, bizim sonuncu fürsətimizdir".

Bizim.Media

Seçilən
12
14
bizim.media

5Mənbələr