AZ

Türkiyə klubunun sabiq prezidenti həbs cəzası alıb

Türkiyənin "Ankaragücü" klubunun sabiq prezidenti Faruk Koca həbs cəzası alıb.

Bu barədə yerli "Hurriyet" nəşri məlumat yayıb.

Buna funksionerin ötən mövsüm futbol hakimi Halil Umut Melerə hücum etməsi səbəb olub. O, 3 il 7 ay 22 gün azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2023/2024 mövsümündə Türkiyə Superliqasının XV turunun “Ankaragücü” – “Rizəspor” oyunundan (1:1) sonra paytaxt təmsilçisinin prezidenti Faruk Koca meydana daxil olaraq, baş hakim Halil Umut Meleri yumruqla vurub.

"Cebheinfo.az"

Seçilən
15
3
cebheinfo.az

4Mənbələr