ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Nümayəndələr Palatasının üzvü Eliza Stefaniki Amerikanın BMT-dəki daimi nümayəndəsi olmağa dəvət edib.
Publika.az xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.
“Tramp Nyu-York konqresmeni Eliza Stefanikdən ABŞ-ın BMT-dəki səfiri postunu tutmağı xahiş edib”, - deyə kanal anonim qalmağı üstün tutan iki mənbənin sözlərini yazır.
Materialın müəllifləri qeyd ediblər ki, Stefanik Trampın “sadiq müttəfiqi” olmaqla yanaşı, Respublikaçılar Partiyası üçün də böyük pul yığan şəxsdir.