AZ

Trampın qələbəsi Ukrayna ilə bağlı ümidləri artırdı - Fidan

ABŞ-da Donald Trampın prezident seçkilərində qələbə qazanmasından sonra Ukraynada münaqişənin sona çatacağına dair ümidlər artıb.

Axar.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan "Milliyət" qəzetinə açıqlamasında deyib.

O, tərəflər arasında danışıqların vacib olduğunu da diqqətə çatırıb:

"Trampın ABŞ-da qələbə qazanmasından sonra Rusiya-Ukrayna müharibəsinin sona çatmasına dair ümidlər artdı. Biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik, bunu Krımla bağlı mövqeyimizdən də görmək olar. Bu müharibənin hər hansı bir tərəfə fayda gətirdiyini düşünmürük. Müharibə yalnız insan itkilərinə, dağıntılara və yüksək xərclərə səbəb olur. Bu reallığı qərbli tərəfdaşlarımıza çatdırır, tərəflər arasında danışıqların vacibliyini vurğulayırıq".

Nazir əlavə edib ki, Türkiyə münaqişənin ilk günündən diplomatiyaya üstünlük verilməli olduğunu müdafiə edib:

“Biz tərəfləri danışıqlar masasına gətirmək üçün diplomatiyanın bütün imkanlarından istifadə etdik. Müharibənin ilk günlərində əvvəlcə Antalyada, daha sonra isə İstanbulda görüşlər təşkil etdik. İstanbulda texniki müzakirələrin nəticəsində sülhə çox yaxın idik”.

O, həmçinin Türkiyənin Ukrayna münaqişəsində ədalətli və davamlı sülh üçün tərəflərin razılaşacağı format və parametrlər çərçivəsində vasitəçilik rolunu oynamağa hazır olduğunu təsdiqləyib.

Seçilən
23
50
axar.az

10Mənbələr