Bakı.Trend:
2024-cü il noyabrın 11-də COP29 çərçivəsində Yaşıl Zonadayerləşən Milli QHT Forumu Pavilyonunda “Eco Hub” EkolojiTəşəbbüslərə Dəstək İctimai Birliyi "Ekoloji məsələlərinin həllindəəməkdaşlıq: şirkətlərin ətraf mühit fəaliyyətlərində QHT-lərinrolu" mövzusunda yan tədbir keçirib.
Trend xəbərverir ki, ETSN yanında İctimai Şuranın katibi, sözügedən İctimaiBirliyin sədri Tükəzban Ağababayeva bildirib ki, məqsəd ekolojiproblemlərin həllində QHT-lərin vacib rolunu geniş auditoriyayaçatdırmaq və şirkətlərin ekoloji siyasətlərində QHT-lərləəməkdaşlığın əhəmiyyətini önə çıxarmaqdır.
Yan tədbirdə “Azərbaycanın ekoloji məsələlərinin həllindədövlət-özəl sektor tərəfdaşlığı”, “Dairəvi iqtisadiyyat:Azərbaycanda tullantıların effektiv idarəedilməsinə birgəyanaşmalar”, “Su resurslarının təhlükəsizliyi - suyun dayanıqlıidarəedilməsi üçün tərəfdaşlıqlar” adlı panel müzakirələr təşkilolunub, ətraflı fikir mübadilələri aparılıb.
Tədbirdə korporativ sosial məsuliyyət (KSM) proqramlarıçərçivəsində ətraf mühit fəaliyyətlərini gücləndirmək üçün praktikihəll yolları təklif olunub və bu əməkdaşlığın uzunmüddətlisosial-iqtisadi təsirləri vurğulanıb.