AZ

Son 10 ildə təbii fəalkətlər dünya iqtisadiyyatına iki trilyon dollar ziyan verib

İqlimlə bağlı təbii fəlakətlər son 10 ildə dünya iqtisadiyyatına 2 trilyon dollar ziyan vurub. Bu barədə "Axios” agentliyi "Oxera” təşkilatının Beynəlxalq Ticarət Palatası üçün hazırladığı hesabata istinadən xəbər verib. 

"Biz hamımız Beynəlxalq Ticarət Palatasının kommersiya təcrübəsi vasitəsilə çox yaxşı bilirik ki, iqlim dəyişikliyi gələcəyin problemi deyil: onun təsiri burada və indi hiss olunur", - Palatanın Baş Katibi Con Denton şərh edib.

Tədqiqatçılar 10 il ərzində 1,6 milyard insana təsir edən 4000 ekstremal hava hadisəsi əsasında hesablamalar aparıblar.
 
2014-2023-cü illər ərzində iqtisadiyyata  934,7 milyard dollar ziyan dəyib. 

İnkişaf etməkdə olan ölkələr potensial olaraq daha çox zərərlə üzləşirlər. 
 


www.anews.az
Seçilən
29
anews.az

1Mənbələr