AZ

“Beşiktaş” - “Makkabi” matçının keçiriləcəyi ölkə açıqlandı

UEFA Avropa Liqasının Liqa mərhələsinin 5-ci turu çərçivəsində baş tutacaq “Beşiktaş” - “Makkabi” (Tel-Əviv, İsrail) matçının keçiriləcəyi ölkə açıqlanıb.

“Qafqazinfo” UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Macarıstanın Debretsen şəhərində baş tutacaq.

Matç noyabrın 28-də keçiriləcək.

Qeyd edək ki, Avropa ali futbol qurumu daha əvvəl təhlükəsizlik səbəbindən görüşün İstanbulda deyil, başqa ölkədə keçirilməsinə qərar vermişdi.

Seçilən
17
3
qafqazinfo.az

4Mənbələr