AZ

Baş nazir UNICEF-in icraçı direktoru ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 11-də Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) icraçı direktoru Katrin Rassel ilə görüşüb.

SİA-nın məlumatına görə, Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə göstərilən böyük etimadın bariz nümunəsi kimi qiymətləndirilib.

Azərbaycan ilə UNICEF arasında birgə həyata keçirilən layihələr nəzərdən keçirilib, həmçinin qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq perspektivləri müzakirə olunub.

Seçilən
24
21
sia.az

10Mənbələr