Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 12-də Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi çərçivəsində Antiqua və Barbuda Respublikasının Baş naziri Qaston Braunla söhbət edib.Bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Söhbət zamanı Azərbaycan ilə Antiqua və Barbudanın beynəlxalq təşkilatlarda əməkdaşlıq etdikləri bildirildi, ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olundu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31