AZ

"Bir neçə saat sonra BP ilə Şərqi Zəngəzurda..." - Nazir elan etdi

"Azərbaycan 2030-cu ilədək “yaşıl artım ölkəsi” və "yaşıl elektrik enerjisi", "yaşıl qaz"ların tədarükçüsü kimi inkişaf prioritetlərinə uyğun olaraq bərpa olunan enerji potensialını milli və beynəlxalq miqyasda artıran ambissiyalı meqa layihələrin icrasını hədəfləyir".

Teleqraf.com xəbər verir ki, bu sözləri energetika naziri Pərviz Şahbazov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən "Nazirlər səviyyəsində dialoq: Bərpa olunan enerjidən istifadənin üç dəfə və enerji səmərəliliyinin iki dəfə artırılması üçün investisiyaların genişləndirilməsi" tədbirində çıxışında deyib.

"Bir neçə saatdan sonra BP ilə "yaşıl enerji zonası" - Şərqi Zəngəzurda 240 MVt gücündə günəş elektrik stansiyasının təməli qoyulacaq. Bu stansiya dünyanın ən böyük neft-qaz terminallarından biri olan Səngəçalın karbonsuzlaşdırılmasına əhəmiyyətli töhfə verəcək. Ümumilikdə, 2030-cu ilə qədər istismara veriləcək 2 250 MVt gücündə günəş və külək elektrik stansiyaları quraşdırılmış gücdə bərpa olunan enerjinin payını 35,5 %-ə yüksəldəcək". Pərviz Şahbazov onu da bildirib ki, bu dövrdə əsas strateji hədəflərdən biri də 5 QVt əlavə enerji gücü yaratmaq və bu enerjinin “Xəzər-Qara dəniz-Avropa” və “Azərbaycan-Türkiyə-Avropa” dəhlizləri vasitəsilə Avropaya tədarükünü təmin etmək, eləcə də Qazaxıstan və Özbəkistandan bərpa olunan enerjinin axını üçün “Azərbaycan-Mərkəzi Asiya yaşıl enerji dəhlizi"ni qurmaqdır".


Müəllif: Teleqraf.com
Seçilən
22
1
teleqraf.com

2Mənbələr