AZ

COP29 məkanında dəniz mədənçiliyi və balina ovuna qarşı etiraz aksiyası (FOTO)

Bakı. Trend:

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə KonvensiyasınınTərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “FINS”təşəbbüsü tərəfindən dərin dəniz mədənçiliyi və balina ovuna qarşıetiraz aksiyası təşkil edilib.

Trend xəbərverir ki, beynəlxalq təşkilatların dəstəyi, aktivistlər, fotoqrafvə müxtəlif ölkələrdən mütəxəssislərin dəstəyi ilə keçirilən aksiyaCOP29 məkanının Yaşıl Zonasında baş tutub.

Aksiyada İsveçrə, Kanada və Böyük Britaniyadan nümayəndələriştirak ediblər. Aksiya iştirakçıları Norveç hökumətinin öz dənizərazilərində yerli şirkətlərə dərin dəniz mədənçiliyi ilə məşğulolmaq üçün lisenziyalar verərək təbii resursların istismarınabaşlamaq planları ilə bağlı narahatlıqlarını ifadə ediblər.

İştirakçılar bildirib ki, onlar balina ovunun hələ də davametməsinə diqqət çəkmək istəyirlər. Aksiya iştirakçısı Elissa МауPhillips qeyd edib ki, bu, dünyanın bir sıra ölkələrində hələ dədavam edir.

"Beləliklə, hələ də ticari balina ovunu həyata keçirən üç ölkəvar, bunlar İslandiya, Yaponiya və Norveçdir. Və biz bunun hələ dədavam etdiyinə diqqət çəkmək istəyirik. Ticarət məqsədli balinaovunu dayandırmaq üçün COP29-da qərar qəbul edənlərə ehtiyacımızvar", - o bildirib.

Öz növbəsində, Maksvel Ris Hon vurğulayıb ki, onlar fərqyaratmaq və bunu daha çox ictimaiyyətə çatdırmaq üçünburadadırlar.

"Biz istəyirik ki, COP29-da iştirak edən insanlar bunun başverdiyini və bunun davam etdiyini bilsinlər," - o qeyd edib.

Qeyd edək ki, bu gün, həmçinin COP29-un keçirildiyi Yaşıl zonada“FINS” təşəbbüsü tərəfindən dərin dəniz mədənçiliyi və balina ovunaqarşı etirazla əlaqədar panel müzakirələr keçirilib. Məruzəçilər vəmüzakirələrdə iştirak edən nümayəndələr balina ovu ilə bağlınarahatlıqlarını ifadə ediblər. Sonda iştirakçıları maraqlandıransuallar cavablandırılıb.

COP29
COP29
COP29
COP29
COP29
COP29
COP29
COP29
COP29
COP29
Məqalədə:
Seçilən
41
7
az.trend.az

10Mənbələr