AZ

Ərdoğan Bakıda Britaniya baş naziri ilə görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammiti çərçivəsində Böyük Britaniyanın Baş naziri Kir Starmerlə ikitərəfli əlaqələrin inkişafını müzakirə edib.

Axar.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Bildirilib ki, liderlər, həmçinin qarşılıqlı ticarət həcminin artırılması barədə danışıblar.

Onlar eyni zamanda regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparıblar.

Seçilən
15
19
axar.az

10Mənbələr