Azərbaycanda COP29 konfransında iştirak etmək mənim üçün əla bir təcrübədir, burada hər şey yüksək səviyyədə təşkil olunub. Azərbaycanlılar çox qonaqpərvər və intizamlıdırlar.
“İki sahil” xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Honkonq Mühəndislər İnstitutunun vitse-prezidenti Frenk Çenq deyib.
"COP29-da müzakirə olunan əsas mövzulara iqlim maliyyəsi daxildir. Həmçinin konfransda karbon emissiyaların azaldılması müzakirə olunur. Bizim dayanıqlı gələcəyə nail ola bilməyimiz üçün bu mövzu çox böyük əhəmiyyət kəsb edir", - deyə F.Çenq bildirib.