AZ

İqlim dəyişikliyi problemi sərhədlərə məhəl qoymayan qlobal bir problemdir- ÖZƏL

"Bu gün COP29-un liderlər sammitində BMT-nin Baş katibi cənab Antoniu Quterreşin də dediyi kimi varlı və inkişaf etmiş ölkələrin planetə ekoloji baxımdan vurduqları zərərin bədəlini kasıb və kiçik ölkələr ödəmək məcburiyyətində qalıb. Şübhəsiz ki, bu gün yetərli qədər maliyə imkanlarına malik olmayan ölkələr iqlim dəyişikliyinin törətdiyi fəsadlardan daha çox əziyyət çəkirlər. Xüsusilə də kiçik ada dövlətlərinin su altında qalma təhlükəsi var. Ümumiyyətlə isə iqlim dəyişikliyi problemi sərhədlərə məhəl qoymayan qlobal bir problemdir". 

Bu fikirləri siyasi şərhçi Yusif Bağırzadə Olaylar.az-a açıqlamasında bildirib:

"O baxımdan da bu problemlə mübarizədə hər kəsin əlini daşın altına qoyması vacibdir və şərtdir. Bu istiqamətdə etinasızlıq sabah ən inkişaf etmiş ölkələri belə qlobal təhlükələrlə üz-üzə qoya bilər. 
Lakin təəssüf hissi ilə qeyd etmək lazımdır ki, hələ də iqlim dəyişikliyinin qarşısının alınması üçün götürülən öhdəliklərə sadiqlik nümayiş etdirməyən ölkələr var. Paris Sazişinin imzalanmasından keçən dövr ərzində dünya birliyinin götürdüyü öhdəliklərin icra vəziyyəti onu deməyə əsas verir ki, aparılan siyasətlər hələ də temperaturu sabitləşdirmək və iqlim dəyişikliyinin ən pis təsirlərinin qarşısını almaq üçün kifayət deyil. Çünki heç də hər kəs emissiyaların kifayət qədər sürətlə azadılması istiqamətində lazımi investisiya və maliyyə vəsaiti cəlb etmir. Odur ki, fəaliyyət imkanları getdikcə azalır.
Bu baxımdan da kiçik dövlətlərin COP-dan gözləntilərinə xüsusi olaraq diqqət yetirmək lazımdır. Onların səsinə kifayət qədər səs verilməsi, yəni tələb olunan maliyyə imkanlarını təmin etmək lazımdır. Azərbaycanda keçirilən COP29 bu baxımdan xüsusi olaraq əhəmiyyətlidir. Çünki biz problemin ədalətli həllini təklif edirik. Maliyyə çərçivəsinin ədalətli bölgü əsasnda razılşadırılmasını və kiçik dövlətlərin problemlərinin aradan qaldırılması üçün inkişaf etmiş ölkələr tərəfindən yetərli maliyyə vəsaitinin ayrılmasını təklif edirik.
Ümid edirik ki, COP 29 məhz elə bu istiqamətdə, yəni kiçik dövlətlərin çağırışlarını təmin etmək baxımından mühüm qərarlar qəbul edə biləcək".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
30
olaylar.az

1Mənbələr